ABŞ Ukraynaya münasibətini yumşaldır

   ABŞ Ukraynaya münasibətini yumşaldır
  16 Aprel 2025    Oxunub:633
ABŞ Ukraynaya ayırdığı hərbi yardım müqabilində borcunu azaldıb.
"Bloomberg" xəbər agentliyi öz mənbələrinə istinadən yazır ki, bu addım fonunda Ukrayna ABŞ-yə 300 milyard dollar borcunun sadəcə 100 milyard dollarını qaytaracaq. Vaşinqtonun bu qərarı tərəflər arasında aprelin 11-12-də aparılan danışıqların nəticəsində verilsə də, nə rəsmi Kiyev, nə də Ağ Ev məsələ ilə əlaqədar hər hansı şərh verməkdən boyun qaçırıb.

Agentlik vurğulayır ki, keçən həftəki danışıqlarda Vaşinqton Kiyevə ayırdığı yardımın məbləğini əvvəlcə ölkə fonduna yatırmaq istəsə də, Ukrayna tərəfi onu bu fikirdən daşındıra bilib.

Digər tərəfdən, ABŞ-nin maliyyə naziri Skott Bessent agentliyə açıqlamasında diqqətə çatdırıb ki, Ukrayna ilə nadir mineralların işlənməsi ilə əlaqədar saziş üzrə danışıqlar da öz axarındadır.

"Razılığa gəlməyimizə az qalıb. İmza mərasimi hətta bu həftə baş tuta bilər", - nazir bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   hərbi-yardım   borc  





Xəbər lenti