“Çin və Avropanın hər şeyi yenidən başlaması vaxtıdır. Trampın səbəb olduğu ticarət sarsıntısı bizə ticarət əlaqələrimizi yenidən nəzərdən keçirmək imkanı verir - Çin Avropaya daha çox ixrac və ondan daha çox idxal etməlidir”, - nəşr Çinin Makroiqtisadi Araşdırmalar Akademiyasının baş elmi işçisi Çjan Yanşendən sitat gətirir.
Qəzetin yazdığına görə, Pekin Stokholm, Budapeşt və London da daxil olmaqla Avropa paytaxtlarına ticarət nümayəndə heyətləri göndərib və Çin istehsalçıları Avropada alıcı axtarışlarını gücləndiriblər.
![]() |
Pekin “anti-Tramp koalisiyası” yaradır |
Xatırladaq ki, aprelin 2-də Donald Trampın başladığı “ticarət savaşı” nəticəsində ABŞ-nin və Çinin bir-birinin mallarına tətbiq etdiyi gömrük rüsumalrı kəskin şəkildə artıb.
Çinin Ticarət Nazirliyi, Pekinin Vaşinqtonun tarif oyunlarını ciddi qəbul etmədiyini söyləsə də, öz maraqlarına həqiqətən zərər dəydiyi təqdirdə ciddi cavab verəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az