ABŞ və Rusiya BMT-də şərik mövqe sərgiləyiblər

Qətnamədə Rusiyanın bir neçə dəfə Ukraynaya, eləcə də əvvəllər Gürcüstana təcavüzü qeyd olunur. Xüsusilə, preambulada “Rusiya Federasiyasının təcavüzündən sonra Avropanın üzləşdiyi görünməmiş çağırışlardan” bəhs olunur. Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində iş aparıldığı da bildirilir.
Rusiya nümayəndə heyəti mətni tənqid edərək, mətni “yolverilməz şəkildə siyasiləşdirilmiş” adlandırıb. ABŞ nümayəndələri də öz növbəsində bəyan ediblər ki, sənəddə “sülhün əldə edilməsi istiqamətində irəliləyişə töhfə verməyən” müddəalar var.
Sahil İsgəndərov
AzVision.az