Vitkof yenidən Moskvadadır

   Vitkof yenidən Moskvadadır
  25 Aprel 2025    Oxunub:375
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Rusiya Prezidenti Vladimir Putinlə görüşmək məqsədilə paytaxt Moskva şəhərinə səfərə yollanıb.
Bu barədə Rusiyanın "Interfax" xəbər agentliyi məlumat yayıb. Hərçənd Kreml Vitkofun səfəri barədə hələlik rəsmi açıqlama verməyib.
Vitkofun Putinlə yenidən görüşü gözlənilir

Xatırladaq ki, aprelin 23-də Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuata açıqlamasında Vitkofun "yaxın günlərdə Moskvaya gedəcəyini, Prezident Vladimir Putinlə görüşəcəyini" diqqətə çatdırmışdı. Vitkof əvvəlcə aprelin 11-də Sankt-Peterburq şəhərindəki Prezident Kitabxanasında Putinlə görüşmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   danışıqlar  





Xəbər lenti