Moskvada daha bir Rusiya generalı öldürüldü - VİDEO

   Moskvada daha bir Rusiya generalı öldürüldü   - VİDEO
  25 Aprel 2025    Oxunub:545
Bu gün Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partladılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İstintaq Komitəsi isə partlayış nəticəsidə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin öldüyünü açıqlayıb. Məlumat qurumun Telegram kanalında yayılıb.

Moskvada partlayış: Rusiyanın məşhur generalı öldürüldü - VİDEO
“Rusiya İstintaq Komitəsi Balaşixa şəhərinin Nesterov küçəsindəki ev 2-nin yaxınlığında “Volkswagen Golf” markalı avtomobilin partladılması ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci və 222.1-ci (qəsdən adam öldürmə, partlayıcı maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi açıb",- məlumatda qeyd edilib.

Xatırladaq ki, dekabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi də əvvəlcədən planlaşdırılmış partlayış nəticəsində öldürülmüşdü. Həmin vaxt yüksək rütbəli hərbçilər binadan çıxan zaman skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşmüşdü.



Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Rusiya   Partlayış   Moskva  





Xəbər lenti