Moskvanın yeni “Ermənistan layihəsi”

“Sərdaryan MDBMİ-yə 15 yaşında daxil olub, 2010-cu ildə oranı bitirib, hazırda siyasi elmlər doktoru, Hərbi Elmlər Akademiyasının müxbir üzvü, MDBMİ-nin İdarəetmə və Siyasət fakültəsinin dekanıdır. 2020-ci ildə o, BMT-nin Dövlət İdarəçilik üzrə Ekspert Komitəsində Rusiyanın nümayəndəsi olub. Bundan əlavə, Sərdaryan həm də Rusiya Federasiyası İctimai Palatasının üzvüdür və mütəmadi olaraq Rusiya televiziya kanallarında siyasi tok-şoularda iştirak edir”, - məlumatda bildirilir.
Nəşr vurğulayır ki, uzun müddət Rusiyada yaşamasına baxmayaraq, Sərdaryan millətçi fikirlərə malikdir və erməni millətçisi hesab olunur. Rusiya dairələri onun öz karyerasını Ermənistanda davam etdirə biləcəyini istisna etmirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Moskva Ermənistan layihə