İran Prezidenti fəlakət zonasına baş çəkib
-1745757720.jpg)
Prezident insidentlə bağlı araşdırma aparılması barədə tapşırıq verib və daxili işlər naziri İskəndər Mömini təbii fəlakət yerinə göndərib.
Qeyd edək ki, son məlumata əsasən, aprelin 26-da yerli vaxtla saat 12:30-da baş verən partlayış nəticəsində 28 nəfər həyatını itirib, 1140 nəfər yaralanıb.
İranın Böhran İdarəetmə Təşkilatı limanda partlayışdan sonra başlayan yanğınların 80 faizinin söndürüldüyünü, qalan 20 faizinin isə bazar günü gecəyə qədər nəzarət altına alınacağını bildirir.
Səbinə Həsənova
AzVision.az
Teqlər: