Sabah İranda Milli Matəm Günü elan edilib

   Sabah İranda Milli Matəm Günü elan edilib
  27 Aprel 2025    Oxunub:553
İran hökuməti ölkənin cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış və ardınca baş qaldıran yanğınlardan sonra 28 aprel Milli Matəm Günü elan edib.
Bu barədə Prezident Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacerani məlumat verib.

Bundan əvvəl fəlakətin baş verdiyi Hörmüzqan vilayətində üç günlük matəm elan edildiyi açıqlanmışdı .

Xəbər verdiyimiz kimi , İranın dövlət başçısı Məsud Pezeşkian Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanına gedərək partlayışdan sonra aparılan xilasetmə işləri ilə yerində tanış olub. Prezident insidentlə bağlı araşdırma aparılması barədə tapşırıq verib və daxili işlər naziri İskəndər Mömini təbii fəlakət yerinə göndərib.

Son məlumata əsasən, aprelin 26-da yerli vaxtla saat 12:30-da baş verən partlayış nəticəsində 28 nəfər həyatını itirib, 1140 nəfər yaralanıb.

İranın Böhran İdarəetmə Təşkilatı limanda partlayışdan sonra başlayan yanğınların 80 faizinin söndürüldüyünü, qalan 20 faizinin isə bazar günü gecəyə qədər nəzarət altına alınacağını bildirir.

Hazırda vəziyyətin qiymətləndirilməsi, zərər çəkənlərə dəstək, xilasetmə və bərpa işləri davam etdirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti