Yeni Papanı seçəcək konklavın vaxtı açıqlanıb

   Yeni Papanı seçəcək konklavın vaxtı açıqlanıb
  28 Aprel 2025    Oxunub:375
Vatikanda yeni Roma Papasını seçmək üçün konklav (kardinalların yığıncağı) mayın 7-də toplaşacaq.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Reuters” agentliyinin məlumatına görə, konklavın tarixi aprelin 26-da Papa Fransiskin dəfn mərasimindən sonra ilk dəfə olaraq kardinalların qapalı iclasında müəyyənləşdirilib. Xəbərdə rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilir.

“2005 və 2013-cü illərdəki son iki konklav iki gün ərzində baş tutub. İsveçli kardinal Anders Arborelius bildirib ki, o, konklavın daha uzun sürəcəyini gözlədiyini, çünki Papanın təyin etdiyi kardinalların çoxunun əvvəllər bir-biri ilə görüşmədiyini deyib”, - agentlik yazır.

Xatırladaq ki, 88 yaşlı Papa Fransisk aprelin 21-də vəfat edib. Onunla vida mərasimi üç gün ərzində, aprelin 23-dən etibarən Müqəddəs Pyotr kilsəsində keçirilib. Papanın dəfn mərasimi şənbə günü, aprelin 26-da baş tutub. Mərasimdə təxminən 250 min insan, Müqəddəs Pyotr kilsəsindən Santa Mariya Macore kilsəsinə gedən yürüşdə isə təxminən 400 min insan iştirak edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Papa   konklav   seçim  





Xəbər lenti