İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib

İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
  28 Aprel 2025    Oxunub:310
İsrail HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, aprelin 27-də HƏMAS Qəzzada hərbi əməliyyatlara son qoymaq üçün girovların azad edilməsi müqabilində beş illik atəşkəs təklifini irəli sürüb.

HƏMAS-ın təklifinə əsasən bu müddət ərzində İsrail ordusunun Qəzzadan tam çıxarılması həyata keçirilməli, sektorun yenidən qurulmasına başlanılmalı, eyni zamanda bölgənin blokadası götürülməlidir.

Şirkətin məlumatına görə, HƏMAS nümayəndə heyəti təşkilatın tərksilah edilməsi məsələsini müzakirə etməkdən imtina edib.

AzVision.az





Teqlər:





Xəbər lenti