![]() |
Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi - VİDEO |
Məqalə müəllifinin fikrincə, bu cür silahlar dənizdəki güc balansında Rusiyanın xeyrinə potensial dəyişikliyə işarə edir. Çünki NATO ölkələrinin "Sirkon"dan müdafiə sistemi, xüsusi vasitəsi yoxdur.
Martın 19-da Rusiyanın müdafiə naziri Andrey Belousov raketlər mövzusunda Qərbin diqqətini çəkən açıqlamalar vermişdi. Nazir bəyan edib ki, Rusiya ordusu “Borey-A” layihəsinin ən son strateji raketli sualtı qayıqlarını və “Sirkon” hipersəs raket sistemlərinə malik “Yasen-M” layihəsinin çoxməqsədli nüvə sualtı qayıqları ilə silahlanır.
Xatırladaq ki, Rusiyanın hipersəs sürətli daha iki raketi də var: “Avanqard” və “Kinjal”.
Hipersəs silahları – səsdən azı 5-6 dəfə sürətli hərəkət edən və bu zaman manevr qabiliyyətini saxlayan silahlara deyilir. Söhbət minimum 6120 km/saat, yaxud 5Max sürətdən gedir.
Tural Tağıyev
AzVision.az