Bişkek: “Moskvanın diqqətini yayındıra bilərlər”

      Bişkek:    “Moskvanın diqqətini yayındıra bilərlər”
  29 Aprel 2025    Oxunub:290
Mərkəzi Asiyada (MA) vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər. Beləliklə, Rusiyanın diqqətini Ukraynada apardığı müharibədən yayındırmağa çalışırlar.
AzVision.az xəbər verir ki, Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulov Böyük Vətən müharibəsinin tarixi yaddaşının müasir informasiya müharibələri kontekstində qorunmasının vacibliyinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı belə deyib.

“Nəinki Qırğızıstanda, müəyyən hallarda bütün Orta Asiyada sabitliyi poza biləcək tədbirlərə əl ata biləcək qüvvələr var. Hazırda Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Rusiyaya mane olmaq qarşısını almaq lazım gəlsə, qüvvələri oradan yayındırmaq üçün burada yeni ocaq aça bilərlər. Biz bunu görürük”, - Marat İmankulov iddia edib.

Qeyd edək ki, son 30-40 ildə MA-da nüfuz uğrunda dünyanın güc mərkəzləri arasında geosiyasi mübarizə, obrazlı desək, bir an belə dayanmayıb. SSRİ parçalnadıqdan sonra Moskvanın qonşularla münasibətdə həyata keçirdiyi korafəhim siyasətin nəticəsində ABŞ, Çin və Avropa bu rehionda öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bişkek   Rusiya   Ukrayna  





Xəbər lenti