İsveçrə HƏMAS-ı qadağan təşkilatlar siyahısına salır

   İsveçrə HƏMAS-ı qadağan təşkilatlar siyahısına salır
  30 Aprel 2025    Oxunub:321
İsveçrədə Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının və onunla əlaqəli digər təşkilatlarının fəaliyyətini yasaqlayan yeni qanun mayın 15-də qüvvəyə minəcək.
İsveçrə hökumətinin məsələ ilə əlaqədar bəyanatında diqqətə çatdırılır ki, bu qanun HƏMAS üzvlərinin İsveçrədən təhlükəsiz sığınacaq almalarının qarşısını almaq məqsədi daşıyır. Qanun çərçivəsində həmin şəxlərin ölkəyə girişinə qadağa qoyulacaq, habelə ölkədən çıxarılmaları üçün lazımi prosedur asanlaşdırılacaq.

Qanun layihəsi hələ 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu fonunda hazırlanıb və keçən ilin dekabrında İsveçrə parlamenti tərəfindən təsdiqlənib. Qanun İsveçrə hakimiyyətinə həm HƏMAS-ın, həm də qruplaşmaya ölkə daxilində dəstək verənlərin fəaliyyətinə qarşı tədbir görmək imkanı yaradır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveçrə   HƏMAS   qadağa  





Xəbər lenti