“Ermənistan rəhbərliyi getdikcə daha çox Qərbə doğru sürüklənir ki, bu da Rusiyanın dövlət siyasəti baxımından qəbuledilməzdir. Kiriyenkonun Ermənistanda Kiriyenkonun qarşısında duran problem Rusiyanın maraqlarının təminatı üçün yumşaq gücdən istifadə etməkdir. Artıq informasiya işlərinə başlanılıb və seçkilərə yaxın yeni vəzifələr qarşıya qoyulacaq”, - xəbərdə vurğulanır.
![]() |
Moskvanın yeni “Ermənistan layihəsi” |
“Vedomosti” qəzetinin mənbələrinin məlumatına görə, Kiriyenkonun rəhbərliyi altında Ermənistanla bağlı məsələlərə Rusiya prezidenti administrasiyasının daxili siyasət idarəsi (rəhbəri Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili şöbəsi (Aleksandr Xariçev) və ictimai layihələr şöbəsi (Sergey Novikov) üçün cavabdeh olacaqlar.
Xatırladaq ki, bir neçə gün əvvəl “Hraparak” qəzeti Rusiya hakimiyyətinin Ermənistanın daxili siyasi həyatında irəli çəkmək üçün namizəd axtardığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az