Avropa İttifaqı “B planı” hazırlayır

   Avropa İttifaqı “B planı” hazırlayır
  01 May 2025    Oxunub:444
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təlıükəszilik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların ləğvi istiqamətində səylərin güclənəcəyi və ABŞ-nin onunla münasibətləri normallaşdıracağı təqdirdə Moskvaya iqtisadi təzyiqi davam etdirmək üçün Aİ-nin plan hazırladığını deyib.
xəbər verir ki, Kaya Kallas “Financial Times” qəzetinə müsahibəsində, həmçinin sürətli nəticələr əldə olunmayacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarından çıxacağı ilə bağlı ABŞ-nin hədələrinə də münasibət bildirib.

“Amerikalıların getmək istəyib-istəmədiyi sual olaraq qalır. Biz onların Ukraynanı tərk edib-etməmələri və ruslarla daha razılaşmağa çalışmamaları barədə düşündüklərinin əlamətlərini görürük. Çünki bu çətin qərardır”, - xanım Kallas söyləyib.

Eyni zamahda o, etiraf edib ki, əgər Vaşinqton sülh səylərini dayandırmaq qərarına gəlsə, bəzi Avropa ölkələri də Ukraynaya dəstəyindən əl çəkə və Rusiya ilə münasibətləri bərpa edə bilər.

- Aydındır ki, oxşar müzakirələr Aİ-nin bir neçə üzv dövlətində aparılır və bəlkə də ümid var ki, artıq Ukraynanı dəstəkləməyə ehtiyac yoxdur. Lakin reallıqda bunlar yalan ümidlərdir, çünki ÜDM-nin 9%-dən çoxunu orduya yatıran Rusiyaya baxsaq, onun öz ordusundan yenidən istifadə etmək istəyəcəyini görərik”, - avropalı məmur vurğulayıb.

Vaşinqtonun son cəhdi?
Xanım Kallas onu da diqqətə çatdırıb ki, əgər Macarıstan bu ilin iyulunda Moskvaya qarşı iqtisadi sanksiyaların uzadılmasına mane olmaq qərarına gəlsə, Avropanın “B planı” var.

“Bizim “B planımız” var, lakin “A planı” üzərində işləməliyik. Çünki əks halda diqqətinizi “B planı”na yönəldirsiniz və bu baş verir. Aİ həmçinin ABŞ və digər tərəfdaşlarla mövcud sanksiyaları necə qoruyub saxlamağı müzakirə edir”, - Kaya Kallas bildirib.

Avropa İttifaqı diplomatiyasının rəhbəri, eyni zamanda, Aİ-nin Krımı heç vaxt Rusiyanın tərkib hissəsi kimi kimi tanımayacağını vurğulayıb.

Xatırladaq ki, Vaşinqtonun Rusiyanın Krımın ilhaqının hüquqi baxımdan tanınmasını sülh sazişinin şərtlərindən biri kimi təklif etdiyi bildirilir.



Teqlər:   Kallas   "B-planı"  





Xəbər lenti