Tramp Kiyevə silah satmağa başlayır?

   Tramp Kiyevə silah satmağa başlayır?
  01 May 2025    Oxunub:431
Tramp administrasiyası birbaşa kommersiya satışları (DCS) vasitəsilə Ukraynaya 50 milyon dollarlıq müdafiə məhsulları ixracına icazə vermək niyyəti barədə Konqresi məlumatlandırıb.
AzVision.az xəbər verir ki, diplomatik dairələrdəki mənbələrə istinad edən “Kyiv Post” nəşrinin yazdığına görə, bu, Trampın 100 gün əvvəl Ağ Evə qayıtmasından sonra ilk dəfə baş verib. İndiyədək ABŞ administrasiyası Ukraynadakı müharibəni hərbi dəstəkdən çox diplomatik yollarla bitirməyi prioritet hesab edirdi.

“Ukraynaya 50 milyon dollar dəyərində silah satışına icazə barədə məlumat ABŞ prezidentinə müdafiə malları və xidmətlərinin idxalı və ixracına nəzarət etmək səlahiyyəti verən Silah İxracına Nəzarət Aktı çərçivəsində Konqresə təqdim olunub. Müvafiq rəsmi bildiriş ABŞ Dövlət departamentinin Qanunvericilik İşləri idaəsindən Konqresə daxil olub”, - məlumatda deyilir.

“Rand Corporation” qeyri-kommersiya təşkilatının müdafiə və təhlükəsizlik siyasəti üzrə tədqiqatçısı Maykl SeSirin fikrincə, əgər, istər əvvəlki yardım paketlərinin uzadılması, istərsə də prezidentin təcili silah ötürülməsi mexanizmi vasitəsilə ABŞ-nin Ukraynaya hərbi yardımı davam edərsə bu, Vaşinqtonun danışıqlardakı mövqeyini yalnız gücləndirəcək.

- Tramp administrasiyası Ukraynada uzunmüddətli atəşkəs istəyini dəfələrlə bəyan edib. Bu məqsədə çatmaq üçün ABŞ-yə həm Kiyev, həm də Moskva üzərində təsir rıçaqları lazımdır”, - analitik “Kyiv Post” nəşrinə açıqlamasında deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Ukrayna   silah  





Xəbər lenti