Netanyahu: "Ali məqsədimiz qələbədir"

      Netanyahu:    "Ali məqsədimiz qələbədir"
  01 May 2025    Oxunub:494
"HƏMAS-a qarşı müharibədə əsirlərimizi vətənə qaytarmaqdan daha vacib məqsədlərimiz var".
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı dilə gətirib. O diqqətə çatdırıb ki, Fələstinin iranyönümlü HƏMAS qruplaşması tərəfindən əsir saxlanılan İsrail vətəndaşlarından 196-sı (147 nəfər sağ) azadlığa çıxarılaraq evlərinə qaytarılıb.

"Daha 59 əsir qalıb ki, onlardan 24-ü sağdır. Hamısını vətənə qaytarmaq istəyirik. Bu, əlbəttə, mühüm məsələdir, ancaq ali məqsədimiz düşmənlərimiz üzərində qələbədir", - Netanyahu vurğulayıb.
İsrailə 7 oktyabr hücumunun daha bir təşkilatçısı öldürülüb

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   bəyanat  





Xəbər lenti