Rubio Moskvaya Qələbə paradına gələcək?

   Rubio Moskvaya Qələbə paradına gələcək?
  01 May 2025    Oxunub:513
ABŞ-nin yüksək səviyyəli nümayəndəsi mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında qonaq ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən məlumat yayan Rusiyanın “Zvezda” telekanalına görə, söhbət ABŞ-nni Dövlət katibi Marko Rubionun Qələbənin 80 illiyi ilə bağlı şənliklərdə iştirakından gedir.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında ilk rəsmi telefon danışığından sonra “Le Point” nəşri öz mənbələrinə istinadən Amerika liderinin guya mayın 9-da Moskvaya səfər edə biləcəyini yazmışdı.

Lakin Trampın özü bu məlumatı təkzib etdi. Kreml də, öz növbəsində, ABŞ prezidentinin mayın 9-da Moskvaya səfəri ilə bağlı tərəflərin razılığa gəlmədiklərini açıqlayıb.

2025-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya 20-yə yaxın ölkə liderinin gələcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Kiyevlə Vaşionqton arasında təbii sərvətlərə dair sazişin imzalanmasını “müharibənin dayandırılması istiqamətində atılan addım” kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rubio   Moskva   parad  





Xəbər lenti