Vuçiç Qələbə paradına gedəcək

Vuçiç Qələbə paradına gedəcək
  02 May 2025    Oxunub:764
Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Serbiya Tərəqqi Partiyasının rəhbəri Milos Vuçeviç deyib.

O bildirib ki, Aleksandar Vuçiçin hazırda ABŞ-da olması vacibdir, burada özünün dediyi kimi, Amerika siyasətindən və biznesindən çoxlu insanlarla söhbət edir. ABŞ Prezidenti bizim üçün ən vacib olan bəzi məsələlərdə Serbiyanın mövqelərini aydınlaşdıra və ya müdafiə edə bilər.

“Serbiya Prezidenti mayın 9-da Moskvada olacaq. Aleksandar Vuçiçin böyük təzyiqlərə baxmayaraq, faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvada keçiriləcək Qələbə paradına qatılması vacibdir. Çünki onun qeyd etdiyi kimi, Serbiyanın orada öz yeri var”, - deyə Milos Vuçeviç əlavə edib.


Teqlər: Serbiya   Vuçiç  





Xəbər lenti