Rusiya Suriyada qoşun toplayır

   Rusiya Suriyada qoşun toplayır
  03 May 2025    Oxunub:595
Moskva və Dəməşq Rusiyanın komandanlığı altında rəsmi şəkildə “polis qüvvələri” elan olunan 10 min nəfərlik dəstənin yaradılmasını müzakirə edir.
AzVision.az xəbər verir ki, belə məlumat yayan “Erem News” nəşri, bununla belə, əslində dəstənin əraziyə nəzarət və xarici və daxili oyunçulardan (İran, Türkiyə, İsrail və başqaları) qorunmaq üçün tam hüquqlu ordu ola biləcəyini də istisna etmir.

“Rusiya nəqliyyat təyyarələri, ehtimal ki, yeni bölmələr üçün silah və avadanlıqla birlikdə Xmeymim aviabazasına gəlir. Onları Rusiya ilə müqavilə bağlamış, kapitan və ondan yuxarı rütbəli keçmiş suriyalı zabitlər idarə edir”, - nəşrdə dərc olunan materialda deyilir.

Məlumatda həmçinin Rusiyanın yeni yaradılmış qüvvələri Suriyada daha geniş münaqişəyə cəlb edə və ya hətta Ukraynaya göndərə biləcəyi vurğulanır.

Sahll İsgəndərov
AzVision.az


Teqlər: Rusya   Suriya   ordu  





Xəbər lenti