Tramp: “Putin bütün Ukraynanı istəyir”

      Tramp:    “Putin bütün Ukraynanı istəyir”
  05 May 2025    Oxunub:507
ABŞ prezidenti Donald Tramp “NBC News” telekanalının “Meet the Press” proqramına müsahibəsində Moskvanın Ukraynanı tamamilə ələ keçirməyə çalışdığını bildirib.
AzVision.az bildirir ki, Ukraynanın bəzi ərazilərindən imtina etməli olacağı barədə məlumatlar fonunda, Amerika lideri Moskvanın özünün nədən imtina etməli olacağı barədə suala aydınlıq gətirib.

“Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, indi bütün Ukraynanı tutmaq üçün döyüşəcəkdilər. Rusiyaya indiki hissə lazım deyil. Rusiya bütün Ukraynanı istəyir və mən olmasaydım, buna davam edərdilər”, - Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, Avropa liderləri onların zənglərinə cavab verməyən Rusiya prezidenti Vladimir Putinə zəng vurmağı Trampdan dəfələrlə xahiş ediblər.

- Avropa İttifaqının (Aİ) liderləri məndən dəfələrlə xahiş ediblər ki, Putinə zəng vurum. Çünki onlar zəng edəndə Putin telefonu qaldırmayıb”, - Tramp deyib.

Jurnalsit Trampa Putinin “onu da yola verə biləcəyi” barədə ifadəsini xatırladanda ABŞ prezidenti “siz də bunu edə bilərsiniz” zarafatı ilə cavab verib.

Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır
Onun Putini hansısa şəkildə səhv başa düşəcəyi barədə suala gəldikdə isə, Ağ Evin rəhbəri buna bir ay və ya iki həftə ərzində cavab verə biləcəyini söyləyib.

“Ancaq bir şeyi deyə bilərəm: Putinin ambisiyaları mənim indi prosesə rəhbərlik etdiyimi anlayanda böyük mənada cilovlandı. Çünki o, Avropada heç kimi ciddi qəbul etmir, hətta onlara zəng də vurmurdu”, - Donald Tramp bildirib.

ABŞ prezidenti Moskvanın Vaşinqtonun Ukraynada sülhün əldə olunmasına dair təkliflərindən boyun qaçıracağı təqdirdə Amerika Konqresində Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini dəstəkləyəcəyini də istisna etmir.

- Bu, Rusiyanın sülhə nail olmağa yönəlmiş davranış nümayiş etdirib-etdirməməsindən, sülh istiqamətində addımlar atıb-atmayacğından asılıdır. Biz sülh sazişinin olmasını istəyirik. Biz Rusiya və Ukraynanın razılığa gəlməsini istəyirik”, - Ağ Evin rəhbəri vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Donald Trampın əsas müttəfiqlərindən biri, Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem ABŞ-nin Rusiyaya qarşı “sarsıdıcı” sanskiyalar hazırladığını iddia edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Putin   Ukrayna  





Xəbər lenti