Eyni zamanda, Pakistan mənbələri Nyu-Dehlini “müxtəlif yerlərdə Pakistanın nəzarət-buraxılış məntəqələrini səbəbsiz atəşə tutmaqda” ittiham edirlər.
Təhlükəsizlik xidmətlərindəki mənbələr Pakistan ordusunun Hindistandan açılan atəşə layiqli cavab verdiyini bildirirlər. Məlumata görə, Hindistan Nəzarət Xətti boyunca Parnikyal, Xoy-Ratta, Şarda və Khel, Nilam və Hacı Per sektorlarında atəş açıblar.
“Pakistan və Hindistan silahlı qüvvələri rəsmi beynəlxalq sərhəd boyunca yerləşən Parqval-Axnur bölgəsində bir-birlərinə zərbələr endiriblər”, - xarici KİV-lər, öz növbəsində, yazırlar.
![]() |
Pakistan-Hindistan sərhədində gərginlik səngimir |
Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.
Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.
— Newsfeed (@Newsfeed883920) May 5, 2025
Sahil İsgəndərov
AzVision.az