Portuqaliya minlərlə miqrantı ölkədən çıxarır

   Portuqaliya minlərlə miqrantı ölkədən çıxarır
  06 May 2025    Oxunub:316
Portuqaliya hökuməti ölkəyə müxtəlif vaxtlarda gəlmiş təqribən 18 min qanunsuz miqrantın deportasiya prosesinə başlayıb.
Ölkədəki Nazirlər Şurasının sədri Antoniu Leitan Amaru yerli mətbuata açıqlamasında diqqətə çatdırıb ki, deportasiyadan qabaq bütün qanunsuz miqrantlara xəbərdarlıq göndəriləcək.

"İlkin mərhələdə, yəni 20 günlük müddət ərzində 4 min 500 nəfərdən ölkədən könüllü çıxmaları tələb olunacaq. Tələbi yerinə yetirməyənlər üçün qanuni çərçivədə deportasiya prosesi başladılacaq", – Amaru deyib.

Məlumat üçün bildirək ki, Portuqaliyada təqribən 1,5 milyon miqrant yaşayır. Miqrantların əksəriyyəti Braziliyadan, Afrika ölkələrindən, İtaliya və Hindistandan gələnlərdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Portuqaliya   miqrantlar   deportasiya  





Xəbər lenti