Suriya Prezidenti Fransaya gedəcək

   Suriya Prezidenti Fransaya gedəcək
  06 May 2025    Oxunub:305
Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə sabah Fransaya yollanacaq. Bu onun Avropaya ilk səfəridir.
Fransa Prezident Administrasiyasının mətbuat xidmətindən "Agence France-Presse" xəbər agentliyinə verilən məlumata görə, Əş-Şərəə səfər çərçivəsində Emmanuel Makronla görüşəcək. Tərəflər Fransanın Suriya dövləti və xalqına dəstəyinin artırılmasına dair müzakirələr aparacaqlar.

"Bu görüş Fransanın sülh və demokratiyaya can atan Suriya xalqı qarşısındakı tarixi öhdəliyinin bir hissəsidir", - məlumatda vurğulanır.

Emmanuel Makron Suriyanın yeni liderini hələ fevral ayında Fransaya səfərə çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   Fransa   prezident   səfər  





Xəbər lenti