Paşinyan yenə tərəddüd içindədir

   Paşinyan yenə tərəddüd içindədir
  06 May 2025    Oxunub:331
Ermənistanın baş nazirinin ofisi Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən çəkinir. Yalnız parlamentin spikeri Paşinyanın paradda iştirakının düzgün olacağını deyib.
AzVision.az bildirir ki, mövzu barədə şərh verən “Hraparak” qəzetinin yazdığına görə, cavabın gecikməsi hakim “Vətəndaş müqaviləsi” partiyasının daxilindəki fikir ayrılıqları ilə əlaqəli deyil, çünki sorosçular Moskvaya getməyin əleyhinədirlər.

“Əksinə, əsas tərəddüd hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını söyləyən xarici tərəfdaşların təhdidləri ilə bağlıdır. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirləri iştirakdan imtina etdikdən sonra Paşinyanın mövqeyi daha da mürəkkəbləşib”, - qəzet vurğulayır.

Müxalifət Paşinyana qarşı birləşir
Nəşrin fikrincə, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın və Ukrayna prezidenti Volodimir Zelenskinin Moskvadakı parada getməklə bağlı təhdidləri əslində nəticə verib. Bununla belə, Paşinyan fors-major hallar olmasa, Moskvaya getməyə meyllidir.

Məlumata görə, onunla “Vətəndaş müqaviləsi”ndən yalnız milliyyətcə rus olan Aleksey Sandikov gedəcək, çünki Rusiya hakim partiyanın bir çox üzvünü rədd edir. Sorosçuların bəzilərini isə hətta persona non-qrata elan edərək, onların Rusiyaya girişinə qadağa qoyub.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentində ikinci ən böyük “Şərəfim var” müxalifət fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment kampaniyasına qoşulmağa hazır olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   Moskva   tərəddüd  





Xəbər lenti