Ermənistan hərbçiləri Qələbə paradında iştirak etməyəcək

Ermənistan hərbçiləri Qələbə paradında iştirak etməyəcək
  06 May 2025    Oxunub:314
Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş paradda 13 ölkədən hərbçilər iştirak edəcək.
AzVision.az xəbər verir ki , xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, paradda Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbçilər iştirak edəcəklər.

“13 ölkədən parad birləşmələrinin Qırmızı Meydandan keçməsi çox vacibdir”, - Kremlin rəsmisi vurğulayıb.

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Qələbə Paradında Ermənistan Baş naziri Nikol Paşinyanın və bu ölkədən olan hərbçilərin iştirak edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb. Zaxarova bildirib ki, Paşinyan da digər MDB ölkələri liderləri kimi təntənəli tədbirlərə dəvət olunub: “O, gəlməyi planlaşdırıb, planlaşdırır. Lakin bu məlumatın təsdiqi üçün Rusiya Prezident Administrasiyasının mətbuat xidmətinə və əlbəttə ki, Ermənistan hökumət başçısının mətbuat xidmətinə müraciət etmək lazımdır".

Rusiya XİN sözçüsü Ermənistandan olan hərbçilərin paradda iştirak edib-etməyəcəyi ilə bağlı suala Putinin köməkçisi Uşakovun həmin ölkələrin siyahısını açıqladığını deməklə cavab verib.

AzVision.az



Teqlər:





Xəbər lenti