Sudan BƏƏ ilə diplomatik əlaqələri kəsdi

Sudan BƏƏ ilə diplomatik əlaqələri kəsdi
  06 May 2025    Oxunub:284
Sudan Sürətli Dəstək Qüvvələrindən (RİF) olan üsyançılara verdiyi dəstəyə görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
AzVision.az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Müdafiə və Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

"Şura BƏƏ-nin təcavüzkar dövlət elan edilməsi, diplomatik münasibətlərin kəsilməsi, səfirlik və baş konsulluğun geri çağırılması barədə qərar qəbul edib", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Cənubi Sudanda vəziyyət martın 4-də ölkənin şimalındakı Nasir şəhərində nizami qoşunlarla "Nuerlərin ağ ordusu" qruplaşmasının döyüşçüləri arasında silahlı toqquşmaların başlaması ilə gərginləşib.

Qruplaşma Nasir üzərində tam nəzarəti və şəhərdə yerləşən ordu bazasını ələ keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti