DİM-in imtahanlarında yüksək nəticə göstərən kursantlar təltif edilib

DİM-in imtahanlarında yüksək nəticə göstərən kursantlar təltif edilib
  07 May 2025    Oxunub:531
Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən ilk dəfə olaraq 2024/2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüş 3 nəfər, 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş 21 nəfər kursantının təltif olunmasına həsr edilmiş tədbir keçirilib.
DSX-dan AzVision.az -a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərmiş kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Çıxış edənlər kursantların əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib, onları təbrik edərək gələcək təhsillərində daha yüksək nailiyyətlər qazanmalarını arzulayıblar.

Tədbirdə iştirak edən məzunların valideynləri Xüsusi Məktəbdə yaradılmış müasir təhsil, təlim və sosial-məişət şəraitinə görə Heydər Əliyev Fonduna və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti