Pekin Vaşinqtonla danışıqlara hazırdır

   Pekin Vaşinqtonla danışıqlara hazırdır
  07 May 2025    Oxunub:584
Çin qlobal gözləntilərə və öz maraqlarına əsaslanaraq ABŞ ilə danışıqlar aparmağa razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Ticarət nazirliyi məlumat yayıb.
İsveçrədə baş tutacaq danışıqlarda Çinin baş nazirinin müavini He Lifeng ABŞ-nin Maliyyə naziri Skott Bessentlə görüşəcək. Çin nümayəndə heyətinin İsveçrəyə səfəri mayın 9-dan 12-dək nəzərdə tutulub.

Scott Bessent də “Fox News” telekanalın açıqlamasında iki ölkənin nümayəndələrinin bu həftənin sonunda Cenevrədə danışıqlar aparacağını təsdiqləyib. Onun sözlərinə görə, hər iki tərəf tariflərin səviyyəsinin aşağı salınmasında maraqlıdır, çünki onların hazırkı səviyyəsi “dayanıqlı” deyil.

Pekin Vaşinqtona şərt qoyub
Xatırladaq ki, aprelin 10-da ABŞ Çin mallarına rüsumları 125%-dən 145%-ə qaldırıb. Buna cavab olaraq Çin də Amerika məhsullarına tarifləri 84%-dən 125%-ə çatdırıb. Pekin, eyni zamanda, digər ölkələri Vaşinqtonun tarifləri artırmasına birgə qarşı çıxmağa çağırıb.

Ötən həftə isə, Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   danışıqlar  





Xəbər lenti