“Mən onların dayanmasını istəyirəm. Onlar “göz əvəzində göz” prinsipi ilə hərəkət etdilər və ümid edək ki, indi dayana bilərlər. Əgər kömək üçün nə edə bilərəmsə, mən orada olacağam”, - konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayan Donald Tramp bildirib.
Hindistan-Pakistan münasibətlərindəki gərginliklə bağlı “Bu, dəhşətlidir” deyən ABŞ prezidenti hər iki ölkə ilə anlaşdığını, onları çox yaxşı tanıdığını və bu dövlətlərin yaranmış eskalasiyanı həll etmələrini istədiyini vurğulayıb.
![]() |
Pakistan Hindistan ordusuna zərbə endirib |
Hindistan Pakistanın Xidmətlərarası kəşfiyyatını (ISI) “Ləşkər-e-Tayibə” qruplaşması tərəfindən həyata keçirilən hücumla əlaqələndirən dəlillərə malik olduğunu bildirib.
Bundan sonra Hindistan və Pakistan qarşılıqlı məhdudiyyətlər tətbiq edərək, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb. Son iki gündə isə mövcud gərginlik ciddi hərbi toqquşmalara çevrilib.
Sahil İsgəndərov
AzVision.az