Tramp: “Qərarlar vermək vaxtı yaxınlaşıb” - VİDEO

      Tramp:    “Qərarlar vermək vaxtı yaxınlaşıb”    - VİDEO
  08 May 2025    Oxunub:341
Ukraynadakı münaqişə ilə bağlı çətin qərarların qəbulu məqamı yetişib.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün qərarların qəbul edilməli olacağı məqamın yaxınlaşdığını deyib. Bu kontekstdə, Tramp Rusiyanın Krımın tanınması da daxil olmaqla “həddən artıq çox şey tələb etməsi” barədə vitse-prezident Cey Di Venin bəyanatı ilə razılaşıb.

“Ola bilsin ki, Vens haqlıdır. Biz bəzi qərarların qəbul edilməli olacağı məqama yaxınlaşırıq və mən bundan məmnun deyiləm”, - ABŞ prezidenti vurğulayıb.

Eyni zamanda, Tramp münaqişənin tənizmlənməsində Moskvanın maraqlı olmadığını düşünmədiyini bildirib.

Bundan əvvəl Vaşinqtonda keçirilən konfransdakı çıxışında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Moskvanın danışıqlarda “həddən artıq” güzəştlər, o cümlədən Krımın Rusiyanın ərazisi kimi beynəlxalq səviyyədə tanınmasını tələb etdiyinə diqqət çəkib.

Rubio: “ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər”
O, həmçinin qısamüddətli atəşkəsdən münaqişənin uzunmüddətli və davamlı həllinə keçməyin vacibliyini vurğulayaraq, Kiyevlə Moskva arasında birbaşa danışıqlara çağırıb.

Xatırladaq ki, keçən həftə Rusiya və Ukrayna arasında vasitəçilikdə iştirakını azaltdığını açıqlayan Tramp administrasiyası tərəfləri müharibəni dayandırmaq üçün öz konkret təklifləri ilə çıxış etməyə səsləyib.

Danışıqları asanlaşdırmaq üçün daha az diplomatik səfərlər göstərəcəyini bildirən ABŞ-nin Dövlət departamenti xarici siyasətin digər aspektlərinə diqqət yetirəcəyini vurğulayıb.

ABŞ-nin Dövlət katibi Marko Rusbio isə, aprelin 17-də Parisdə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələri ilə görüşdən sonra bir neçə günə Moskva və Kiyev arasında sülh razılaşmasının əldə edilə biləcəyinə dair açıq-aşkar əlamətlər olmasa, Vaşinqtonun bu yöndə vasitəçilik cəhdlərini dayandıracağını açıqlamışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   qərar  





Xəbər lenti