AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb

   AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
  08 May 2025    Oxunub:400
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
AzVision.az bu barədə AZAL-a istinadən xəbər verir. "AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.

AzVision.az




Teqlər:





Xəbər lenti