İsrail Ordusu "Hizbullah"ın strateji yeraltı infrastrukturunu bombalayıb

   İsrail Ordusu "Hizbullah"ın strateji yeraltı infrastrukturunu bombalayıb
  08 May 2025    Oxunub:364
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatına məxsus yeraltı infrastrukturu bir neçə aviazərbə endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, XII əsrə aid Şəqif qalasının yaxınlığındakı infrastruktura aviazərbələr nəticəsində bir sıra terrorçu zərərsizlədirilib, habelə silah-sursat və tunellər sıradan çıxarılıb.

İsrail Ordusu diqqətə çatdırıb ki, "Hizbullah" sözügedən Şəqif qalasını da raket mərkəzi və müdafiə qurğusu kimi işlədirdi.

"Bu infrastrukturun mövcudluğu və orada həyata keçirilən fəaliyyətlər İsrail ilə Livan arasındakı razılıqların açıq-aşkar pozulmasıdır", - məlumatda vurğulanır.
"Hizbullah"ın strateji silah anbarı dağıdılıb

Xatırladaq ki, mayın 6-da İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"a məxsus strateji əhəmiyyətli silah-sursat anbarını da bombalayaraq sıradan çıxarıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   münaqişə  





Xəbər lenti