İrəvan Bakı ilə Moskvasız danışmaq istəyir

   İrəvan Bakı ilə Moskvasız danışmaq istəyir
  09 May 2025    Oxunub:448
Ermənistan və Azərbaycan sülh sazişi üzrə birbaşa danışıqlar aparır, Rusiya isə artıq vasitəçi rolunu oynayıb.
AzVision.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə belə deyib.

“Doğrudur, Rusiya vasitəçi olub. İndi isə biz Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik. Lakin sülh sazişinin imzalanması ilə bağlı hələlik xəbər yoxdur”, - erməni məmur bildirib.

Xatırladaq ki, martın 13-də İrəvan və Bakının sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları barədə məlumat yayılıb. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bakı   İrəvan   Moskva  





Xəbər lenti