Hakan Fidan: "Yaxın Şərqdə müharibə genişlənə bilər"

      Hakan Fidan:    "Yaxın Şərqdə müharibə genişlənə bilər"
  09 May 2025    Oxunub:419
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.

AzVision.az



Teqlər:





Xəbər lenti