Dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər

   Dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər
  10 May 2025    Oxunub:370
Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur.
AzVision.az xəbər verir ki, bu münasibətlə martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.


QMİ-nin açıqladığı məlumatda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulduğu, onun xatirəsinin ehtiramla anıldığı, ruhuna dualar oxunduğu bildirilir.


Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
AzVision.az


Teqlər: UluÖndər   konfessiyalar   ziyarət  





Xəbər lenti