Ərdoğan Putinə: "Ukrayna ilə danışıqlara ev sahibliyi etməyə hazırıq"

 Ərdoğan Putinə:  "Ukrayna ilə danışıqlara ev sahibliyi etməyə hazırıq"
  11 May 2025    Oxunub:925
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, tərəflər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələlərə dair müzakirə aparıblar.

Ərdoğan Putinin Rusiya-Ukrayna sülh danışıqlarının İstanbulda davam etdirilməsi yönündə açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirib, Türkiyənin müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Türkiyə Prezidenti sülh üçün bir fürsət pəncərəsinin açıldığını, atəşkəsin təmin olunmasının sülh danışıqları üçün gərəkli mühiti yaradacağını qeyd edib.


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti