Bəhreyndə XİN başçıları arasında geniştərkibli görüş baş tutub

Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq və humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib. Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.
Nazir Bayramov həmçinin Bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.
AzVision.az
Teqlər: