Mayın 10-da “Associated Press Agentliyi (AP)” tərəfindən yayımlanan videoda Makronun Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Kiyevə səfəri əks olunub. Jurnalistlər çəkiliş aparmağa başlayanda onlar qatar vaqonunda masa arxasında oturmuşdular. Makron masanın üstündən əzilmiş salfeti götürür, Merts isə bıçaqları kənara itələyir. Siyasətçilərin qarşısında su stəkanları və sənədləri olan qovluqlar da olub.
Görüntülər dərc edildikdən sonra internetdə Makronun kokain gizlətdiyi iddiası ilə bağlı şərhlər yayılıb. Yelisey sarayı ittihamları saxtakarlıq və Avropa vəhdətini pozmaq cəhdi adlandırıb.
- Avropa birliyi sərf etməyəndə dezinformasiya o həddə çatır ki, sadə salfet də narkotikə oxşayır. Bu saxta xəbərləri Fransanın düşmənləri həm xaricdə, həm də ölkə daxilində yayırlar. Biz manipulyasiyaya qarşı ayıq-sayıq qalmalıyıq. Bu, burnunuzu üfürmək üçün salfetdir, bu isə, sülh qurmaq üçün Avropa birliyidir”, - Yelisey sarayının salfetin fotosu və Makron, Merts və Starmerin çəkilişləri ilə müşayiət olunan bəyanatında deyilir.
![]() |
The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb” |
“Axios” portalının məlumatına görə, Tramp Ukraynanın Rusiya ilə atəşkəs və birbaşa danışıqlara razılıq verməsindən məmnunluğunu ifadə edib.
Görüşdən sonra Makron Ukrayna və Avropa ölkələri üçün “yeni era”nın gəldiyini və
Avropanın “özünü güc olaraq gördüyünü” deyib.
Rusiya daha sonra mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa danışıqlar aparmağı təşəbbüsünü irəli sürsə də, Kiyevin israrlı olduğu 30 günlük atəşkəs rejimini dəstəkləməkdən imtina edib.
— Newsfeed (@Newsfeed883920) May 12, 2025
Sahil İsgəndərov
AzVision.az