Almaniya Rusiyanı sanksiyalarla hədələyir

   Almaniya Rusiyanı sanksiyalarla hədələyir
  12 May 2025    Oxunub:446
"Rəsmi Moskva Ukraynada atəşkəs təklifinə dərhal cavab verməlidir, əks təqdirdə, sanksiyalarla üzləşəcək".
Fransanın "Agence France-Presse" (AFP) xəbər agentliyi bildirir ki, Almaniya Rusiyadan qəti cavab gözləyir. Almaniya hökumətinin tələbinə əsasən, Moskva ya Ukraynada 30 günlük qeyd-şərtsiz atəşkəslə razılaşmalı, yaxud yeni sanksiyalarla üzləşməlidir.

"Saat irəliləyir. Bu günün axırınadək cavab gözləyirik. Moskva tələblə razılaşmazsa, sanksiyalar üçün hazırlıqlar başlanacaq", - Almaniya Federal Hökumətinin sözçüsü Stefan Kornelius diqqətə çatdırıb.
Peskov: "Birbaşa danışıqlara ehtiyac var"

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin liderləri ötən həftəsonu Kiyevdə səfər əsnasında Moskva qarşısında atəşkəs təklifi ilə razılaşmaq tələbi qoyublar. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin dünən İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də bu danışıqların təşkilinə hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Rusiya   atəşkəs   tələb   sanksiya  





Xəbər lenti