"Qadın Dəstək Xətti"nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

"Qadın Dəstək Xətti"nin əsas məqsədi – məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyi təşviq etmək, qadınlara hüquqi məsləhət verən QHT-lərə, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönəltməklə onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda, xidmətə müraciət edən qadınlara tibbi yardıma çıxış, məşğulluq imkanları barədə məlumatlandırma və sosial dəstək təklif olunur. Bu proseslər peşəkar psixoloqlar, hüquqşünaslar və sosial işçilər tərəfindən icra edilir. Müraciətlərin operativ həlli məqsədilə zəruri hallarda müvafiq dövlət qurumları, yerli idarəetmə orqanları və sosial xidmət müəssisələri ilə əməkdaşlıq həyata keçirilir.
"Qadın Dəstək Xətti" 2022-ci ilin iyul ayından etibarən "Azercell Telekom" MMC-nin təşəbbüsü ilə yaradılıb. Xidmət Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin birgə tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərir. Layihə çərçivəsində çətin həyat şəraiti və risk altında olan qadınlara 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə 24/7 rejimdə dayanıqlı və davamlı yardım göstərilir.
"Azercell Telekom" MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Teqlər: Azercell