Avropa gözləmək qərarına gəlib

   Avropa gözləmək qərarına gəlib
  13 May 2025    Oxunub:453
Avropa liderləri ABŞ-dən Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunmasını xahiş etməzdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin Türkiyədə mümkün görüşünə qədər gözləməyə hazırdırlar.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, mayın 12-də Amerika və Avropa rəsmiləri arasında aparılan danışıqlardan sonra məlum olub ki, Vaşinqton Rusiya prezidentinə təzyiqləri artırmazdan əvvəl mayın 15-də Moskva ilə Kiyev arasında danışıqlara imkan yaratmaq istəyir.

“Putin Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya mayın 15-də dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, Avropa liderləri ABŞ prezidentini Moskvaya qarşı sanksiyalar tətbiq olunacağı hədəsinə əməl etməyə çağıracaqlar”, - qəzet vurğulayır.

Eyni zamanda, Böyük Britaniyanın “The Guardian” nəşri Trampın Ukraynanın Putinin təklif etdiyi birbaşa danışıqların bərpası ilə dərhal razılaşmalı olması barədə bəyanatına diqqət çəkib. Qəzetin avropalı diplomatlara istinadən yazdığına görə, 30 günlük atəşkəsin rədd edilməsi Avropanın ABŞ-ni Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırmaq planlarına mane ola bilər.

Xatırladaq ki, mayın 11-də Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqların bərpasını təklif edib. Zelenski Rusiya prezidenti ilə birbaşa danışıqlara hazır olduğunu bildirib və Putini İstanbulda “şəxsən” gözləyəcəyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Rusiya   gözləmə  





Xəbər lenti