İnsan alveri ilə məşğul olan 15 əcnəbi saxlanılıb

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 məcburi əmək faktı əsasında 1 cinayət işi başlanılıb və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub.
İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə – 4 miqrasiya kanalı müəyyən olunaraq, 15 əcnəbi saxlanılıb.
Sənəddə vurğulanıb ki, keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik etmiş 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb. Eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material göndərilib.
AzVision.az
Teqlər: