Azərbaycan Gürcüstana qaz satışını 18%-dən çox azaldıb

Azərbaycan Gürcüstana qaz satışını 18%-dən çox azaldıb
  13 May 2025    Oxunub:372
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 900 milyon kubmetr qaz ixrac edilib.
AzVision.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 milyon kubmetr və ya 18,2% azdır.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 1,1 milyard kubmetr qaz satmışdı.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti