ABŞ və Səudiyyə 300 milyard dollarlıq saziş imzaladı

ABŞ və Səudiyyə 300 milyard dollarlıq saziş imzaladı
  13 May 2025    Oxunub:450
ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 300 milyard dollar olan ikitərəfli sazişlər imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud Ər-Riyadda keçirilən Səudiyyə-Amerika forumunda deyib.

Bildirilib ki, ölkələr arasında ümumi investisiya öhdəlikləri 600 milyard dollar təşkil edir ki, bunun da yarısı ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmış konkret razılaşma və müqavilələrlə təmin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti