Ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir

Ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir
  15 May 2025    Oxunub:347
Ailə institutunun qorunması və inkişafı cəmiyyətin sosial sabitliyinin və mənəvi sağlamlığının başlıca dayaqlarından biridir. Beynəlxalq Ailə Günü artıq neçə ildir ki, Azərbaycanda geniş şəkildə qeyd olunur və bu çərçivədə ictimai müzakirələr, elmi araşdırmalar aparılır, həmçinin praktiki tədbirlər vasitəsilə ailə dəyərlərinin təbliği istiqamətində mühüm addımlar atılır. Bu gün ölkəmizin bütün regionlarında ailə institutuna dair müxtəlif tədbirlər təşkil olunur, cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə gənclərin bu proseslərə cəlb olunması təmin edilir.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir. Ənənəvi ailə dəyərlərinin tədris mühitinə inteqrasiyası, ailə və təhsil sistemlərinin qarşılıqlı fəaliyyəti cəmiyyətin uzunmüddətli inkişafında həlledici rol oynayır: “Biz bu sahədə təhsil müəssisələrinin, ictimai təşkilatların, elmi ictimaiyyətin və dövlət strukturlarının birgə fəaliyyətini zəruri hesab edirik”.

B.Muradova vurğulayıb ki, Azərbaycan ailə institutunun möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm dövlət proqramlarını uğurla icra edir.

AzVision.az



Teqlər:





Xəbər lenti