Aktürk: "PKK dərhal silahı yerə qoymalıdır"

      Aktürk:    "PKK dərhal silahı yerə qoymalıdır"
  15 May 2025    Oxunub:289
"Qəbul olunan qərar vaxt itirilmədən icra olunmalı, PKK silahı yerə qoymalıdır".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

“Atılacaq addımlar yaxından izləniləcək. Prosesin provokasiya edilməsinə icazə verilməyəcək, hər ssenariyə qarşı diqqətli və hazırlıqlı olacağıq”, - deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti