İsrail HƏMAS-ın əsas maliyyəçisini zərərsizləşdirib

İsrail HƏMAS-ın əsas maliyyəçisini zərərsizləşdirib
  15 May 2025    Oxunub:300
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən biri Caser Hüseyn Əli Şamiyəni öldürüb.

AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib.

O, HƏMAS-ın hərbi qanadı üçün vəsaitin toplamasına rəhbərlik edib və eləcə də HƏMAS-ın Qəzza briqadasında bölük komandiri olub.

AzVision.az



Teqlər:





Xəbər lenti