Ukraynaya “Taurus” raketləri verilməyəcək

“Hazırda bu məsələ gündəmdə deyil. Raketlərin çatdırılması xeyli vaxt aparacaq, çünki sistemləri idarə etmək üçün hərbi personal təlim keçməlidir. Ukrayna Fransa və Böyük Britaniyadan qanadlı raketlər alacaq”, - Merts bildirib.
Bundan əlavə, Almaniya kansleri “Taurus” raketlərinin Kiyev üçün əhəmiyyətinin şişirdildiyini ehtimal edib.
Daha əvvəl xəbər verilmişdi ki, Almaniya hakimiyyəti “Taurus” raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı ictimai müzakirələrdən imtina etmək qərarına gəlib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: