Kilinkarov: “Kiyevi yalnız bir məsələ narahat edir”

      Kilinkarov:    “Kiyevi yalnız bir məsələ narahat edir”
  16 May 2025    Oxunub:374
İstanbuldakı danışıqlarda Ukrayna nümayəndə heyətini yalnız atəşkəs problemi maraqlandırır.
AzVision.az xəbər verir ki, Rusiya mediasına açqıalmasında Ukrayna parlamentinin keçmiş deputatı Spiridon Kilinkarov belə deyib.

“Mən əminəm ki, Ukrayna nümayəndə heyətinin aldığı direktiv yalnız bir məsələnin – atəşkəsin həllinə yönəlib. Ukrayna nümayəndələri İstanbulda başqa məsələləri müzakirə etmək niyyətində deyillər”, - Ali Radanın sabiq üzvü iddia edib.

İstanbul danışqılarında Ukraynanın nümayəndə heyətinin rəhbəri Müdafiə naziri Rustem Umerov, öz növbəsində, Ukrayna, Türkiyə və Amerika təmsilçilərinin görüşündən sonra bildirib ki, Rusiyanın konkret addımları ən azı 30 gün ərzində tam atəşkəs və humanitar addımların həyata keçirilməsini - deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılmasını və “hamı üçün” prinsipi ilə hərbi əsirlərin mübadiləsini əhatə etməlidir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İstanbul   Ukrayna   maraq  





Xəbər lenti